Ağsuda qəbiristanlıqda baş verən cinayət işi üzrə istintaq yekunlaşdırılıb

Ağsunun Qaraqaşlı kənd qəbiristanlığında baş vermiş cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 28-də saat 1 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə rayonun Qaraqaşlı kənd qəbiristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, daha sonra saat 22 radələrində meyiti götürərək Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.

Bu ilin martın 19-da Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.