Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 113,78 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,89% artaraq 110,48 dollar təşkil edib.