Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 22 santimetr azalıb

İyulun 7-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, Qusarçayın Kuzun məntəqələrində suyun səviyyəsində 1 santimetr, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar, Şəmkirçayın Qalakənd məntəqələrində 2 santimetr azalma qeydə alınıb. Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Təngərüdçayın Vaqo, Viləşçayın Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 267 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 89 faizinə bərabərdir. Məntəqədə orta su sərfi iyulun 6-da 283 kubmetr/saniyə, maksimal su sərfi iyulun 6-si saat 08:00-da saniyədə 286 kubmetr təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 22 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 136 kubmetr təşkil edir. Bu da ongünlük normanın 93 faizinə bərabərdir. Məntəqədə orta su sərfi iyulun 6-da 160 kubmetr/saniyə, maksimal su sərfi iyulun 6-da saat 08:00-da saniyədə 169 kubmetr təşkil edib.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 368 santimetrə, su sərfi isə 127 kubmetr/saniyəyə bərabər olub. Məntəqədə orta su sərfi iyulun 6-da saniyədə 124 kubmetr, maksimal su sərfi iyulun 6-sı saat 20:00-da 125 kubmetr təşkil edib.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr artaraq 145, məntəqədə orta səviyyə iyulun 6-da 139, maksimal səviyyə isə iyulun 6-sı saat 20:00-da 141 santimetr olub.

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 104 santimetr, su sərfi 34,4 kubmetr/saniyə, məntəqədə orta su sərfi iyulun 6-da saniyədə 32,5 kubmetr, maksimal su sərfi iyulun 6-sı saat 20:00-da 33,4 kubmetr təşkil edib.