Rəis müavini Əli Cahangirli intihar edib - Araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 13-də Astara rayonu Rüdəkənar kəndində baş verib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.