Şirvan sakini yarım kiloqram narkotiklə yaxalandı

Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsin üzərindən yarım kiloqrama yaxın narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğu etiraf edib.

 Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.