Mərkəzi Bank tədavülə yenilənmiş metal pul nişanları buraxıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.

AMB-dən  bildirilib ki, yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin olunub. Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edir.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb. Yenilənmiş metal pul nişanları hazırda tədavüldəki eyni nominallı pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.