Qusarda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisələri törətməkdə şübhəli bilinən rayon sakin Şahin Əfəndiyevi saxlayıb.

Daxil İşlər Nazirliyini mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1300 manat, 46 min rus rublu və ümumi dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.