İqtisadiyyat naziri Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Bu barədə nazir məlumat verib.

“Türkiyənin ticarət naziri Mehmet Muşla ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıq istiqamətində dinamik inkişafını məmnunluqla vurğuladıq. Tərəfdaşlığımızın daha da gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov qeyd edib.