Ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat araşdırılıb

Abşeron rayonu, ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib və yaşıllığa dəymiş ziyan hesablanaraq FHN-in Əməliyyat İstintaq İdarəsinə göndərilib. Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək.

B.Məhəmmədov sözügedən ərazidə “Körpü-Bina-Tikinti” MMC tərəfindən tikinti işlərinin aparıldığını, lakin ağac kəsintisi faktının olmadığını bildirib.