Ermənilər ölkələrini belə tərk edir - VİDEO

Ermənistan vətəndaşları ölkələrini tərk etməyə başlayıblar. Hakimiyyətdən əlini üzən xalq əlacı başqa ölkəyə köçərək, orada yaşamaqda görürlər. İrəvanda hava limanında çəkiliş edən jurnalist bu sujetində bu məsələyə geniş yer verib. Reportajda bildirilir ki, artıq ailələr Ermənistanı tərk edir və mühacirlərin sayı artır.

Jurnalist çəkiliş zamanı qeyd edib ki, Vrej adlı bu şəxs ailəsi ilə vidalaşır. Onun ailə üzvləri Polşaya və Rusiyaya tələsirlər. Vrej deyir ki, bu gün 4 nəfər, bir neçə günə isə 3 şəxs ermənistanı tərk edəcək. Sentyabrda isə başqa biri.

Köç edənlər deyirlər ki, artıq  başqa çarələri yoxdur. Vrejin oğlu Aşot da ölkəni tərk edib. Aşot xaricdə yaşayan ermənilərin sayının artdığını deyir. Bildirir ki, ötən il gedən 4200 nəfər hələ də geri qayıtmayıb

Sujetdə Aşot deyir ki, hakimiyyətin niyyətini eşidəndən sonra ölkədə qalmaq fikrində deyil.

Həmçinin bildirilir ki, ötən il ümumilikdə 70 mindən çox adam Ermənistanı tərk edib.

Jurnalist bildirib ki, Ermənistanı tərk edənləri başa düşmək olar. Çünkü onlar bilirlər ki, vaxtında buranı tərk etməsələr onların yaşaması çətin olacaq. Təcili ehtiyaclar üçün pensiyalar güclə kifayət edir. Qeyd edilir ki, bu ilin ilk altı ayında gedənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 min nəfərdən çox artıb.//Xezerxeber