Bakı-Quba yolunda ağır yol qəzası baş verib

Bakı-Quba avtomobil yolunun Bakı istiqamətində hərəkət hissəsində yol qəzası baş verib.

 "Mercedes" markalı minik avtomobili ilə iki yük avtomobili toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var.

Qəzadan sonra avtomobillərdən birində tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım briqadası cəlb edilib.

Hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.