Avqustda 554 min barel xam neft hasil edilib

Cari ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub.

Energetika Nazirliyindən  bildirilib ki, bunun 554 min barelini xam neft, 87 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilən qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barelə çatdırılmasını nəzərdə tuturdu.