Çavuşoğlu Şərqi Avropa və Balkan ölkələrinə Azərbaycan qazının çatdırılmasından danışıb

Şərqi Avropa, Balkan ölkələri Azərbaycan qazının çatdırılması məsələsində Türkiyədən vasitəçilik gözləyir.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatna görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Şərqi Avropa, Balkan ölkələrinin həm elektrik enerjisi ehtiyacının qarşılanması, həm də Azərbaycan qazının bu ölkələrə çatdırılması məsələsində hər kəsin gözü Türkiyədədir", - nazir deyib.

Nazir xatırladıb ki, "Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi:

"Bu gün enerji böhranının həll edilməsində önəmli rol oynayırıq", - deyə M.Çavuşoğlu əlavə edib.