Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,42% azalaraq, 1 barelə görə 86,81 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,41% azalaraq, 80,9 dollar təşkil edib.