DİN Tofiq Yaqublunun saxlanması ilə bağlı açıqlama verdi

DİN Tofiq Yaqublunun saxlanılması barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.

Qeyd edək ki, Tofiq Yaqublunun saxlanması barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.