Palçığın altında qalan iki nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində iki nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

FHN-dən  bildiriblər ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Görülən tədbirlər nəticəsində iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.