Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,85% azalaraq, 1 barelə görə 97,09 dollar təşkil edib.

Yerveinsan.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,78% azalaraq, 91,92 dollar təşkil edib.