Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2035024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 98,0329 (4,3 faiz) manat və 98,0915 (4,17 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 367 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,0553 (4,25 faiz) və orta ölçülmüş qiyməti 98,0662 (4,23 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il mayın 4-də ödəniləcək.

Həmin gün Mərkəzi Bankın AZ2036024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96,7820 (4,75 faiz) manat və 96,9795 (4.45 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 580 min 700 manat olub. Notların kəsmə qiyməti 96,7820 (4,75 faiz) manat və orta ölçülmüş qiyməti 96,8325 (4, 67 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar 2023-cü il iyulun 27-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.