Kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz artıb

Cari ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 728,7 milyon manat təşkil edib ki, onun da 4 milyard 424,5 milyon manatı heyvandarlıq, 5 milyard 304,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.