Bakıda küçədən silah-sursat bağlaması aşkar edildi

Bakıda küçədən silah-sursat bağlaması aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlayıb.

Bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.

Araşdırma aparılır.