Cəlilabadda qədim dövrə aid yaşayış məskəni, insan kəlləsi tapılıb –FOTO

Cəlilabadda ilkin orta əsrlər dövrü, Muğan mədəniyyətinə aid yaşayış məskəni aşkar edilib.

Yaşayış məskəni rayonun Maşlıq kəndi ərazisindən keçən “Əyirçay” adlanan çayın kənarında əkin işləri zamanı üzə çıxıb.

Yaşayış məskənində insanın kəllə sümüyü, insana məxsus bud-çanaq oynağı, barmaq falanqaları, kül-ocaq izləri, saxsı nümunələri, üzərində işarələr olan saxsı lövhə aşkarlanıb.

Yerli tarixçi-araşdırmaçı Vüqar Adıgözəlovun sözlərinə görə, tapıntılara əsasən bu yaşayış məskəni ilkin orta əsrlər dövrünə aiddir.

Qeyd edək ki, yaşayış məskəni ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunacaq. \\AZƏRTAC