Azərbaycan mövqeləri üzərində uçuşa cəhd göstərən kvadrokopter ələ keçirilib (FOTO)

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

 Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.