Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

Yerveinsan.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirlyi məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.