Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,83% artaraq, 1 barelə görə 76,73 dollar təşkil edib.

Yerveinsan.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,06% artaraq, 71,77 dollara bərabər olub.