Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Hünər Salamov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Sabirabad rayon sakinləri Səlvər Mirəliyev, Yaşar Əsədov, Cəlilabad rayon sakinləri Samir Əsgərov və Dadaş Kazımov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”,- deyə B.Məhəmmədov qeyd edib.