Raket zərbələri nəticəsində həlak olan rusiyalı hərbçilərin sayı 89-a çatıb

Donetsk vilayətinin Makeyevka şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan rusiyalı hərbçilərin sayı 89-a çatıb.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, işğal altında olan bölgəyə iki gün öncə Ukrayna tərəfindən 6 raket atılıb. Raket zərbələri rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirilib.