Türkiyədə zəlzələ olub

Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 4.9 bal gücündə zəlzələ baş verib.

Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Türkiyə vaxtı ilə saat 06:36 qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin təsiri araşdırılır.