ABŞ-da nüvə raketləri saxlanılan aviabazanın iki hərbi qulluqçusu alkoqollu içki içərkən yaxalanıb

ABŞ-ın Vayominq ştatında yerləşən Frensis E. Uorren adına aviabazanın iki hərbi qulluqçusu alkoqollu içki içərkən yaxalanıb. Bu zabitlərin vəzifəsi ərazisində nüvə döyüş başlıqlı onlarla ballistik raketin saxlandığı hərbi bazada qaydanı gözləmək idi. Bu bazada alkoqollu içki içmək qəti qadağandır.

AZƏRTAC xəbər verir ki, raketlərə texniki xidmət göstərən 90-cı eckadrilyanın nümayəndəsi Cozef Koslettin sözlərinə görə, hadisə zamanı aviabazadakı silahlar və məxfi materiallar bu iki hərbi qulluqçu üçün əlçatan olmayıb. Bildirilir ki, hərbi qulluqçular standartları pozduqlarına görə cəzalandırılıb.