Sumqayıtda marşrut avtobusunun vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.


Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi "50 AE 675 " dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobus vurub.


Nəticədə ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq R.Museyibov dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır. (ONA)