Kiyevdən Moldovaya ÇAĞIRIŞ: Rusiya ssenarisi...

Ukrayna Moldovanın siyasi güclərini ölkənin federasiya halına salınması üzrə Rusiya ssenarisinin reallaşdırılmasının qarşısını almağa çağırıb.

UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukraynanın xarici siyaət idarəsindən bildiriblər.

Qeyd edək ki, Moldova daxil siyasi böhran yaşayır. Ölkənin Konstitusiya Məhkəməsi ötən gün keçirilən iclasında parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidenti səlahiyyətlərinin müvəqqəti icrasının baş nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb.

Pavel Filip də öz növbəsində parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. İmzalanma mərasimi jurnalistlərin iştirakı ilə baş tutub.

Eyni zamanda, Moldova parlamenti Pavel Filipin prezident vəzifələrinin müvəqqəti icraçısı təyin olunması ilə bağlı çıxardığı qərarı yekdilliklə əsassız sayıb və müvəqqəti Pavel hökmətini tanımayıb./publika.az