"İnterpol" qəsdən adam öldürməkdə təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

 
"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.