15 yaşlı Anna Frankın gündəliyi Holokostun aynası kimi

Bu günlərdə Almaniyada Holokost dövrünün məşhur gündəliyinin müəllifi Anna Frankın xatirəsi anılır.

 Frankfurtda Anna Frankın 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə UNESCO-nun Baş katibi Odri Azulay, həmçinin Anna Frankın həmyaşıdı, Holokostun dəhşətlərini yaşamış macar filosofu Aqneş Heller çıxış ediblər.

Gündəliyin müəllifinin həyat və taleyinə Frankfurtun Yəhudi Muzeyində birgünlük sərgi, Vestend sinaqoquna ekskursiya, həmçinin bir sıra məktəb tədbirləri həsr edilib.

Anna Frank 1929-cu ilin iyununda Frankfurtda, dindar olmayan yəhudi ailəsində dünyaya gəlib. O, ailənin ikinci qız övladı olub. Almaniyada yəhudilərin izlənilməsinə başlandıqda Anna Frankın ailəsi Hollandiyaya köçür. Bu ölkə işğal edildikdən və təqiblər oraya da çatdıqdan sonra ailə gizlənmək qərarına gəlir. Lakin onları ələ verirlər və Anna Frank 15 yaşında digər ailə üzvləri ilə birlikdə Bergen-Belzen həbs düşərgəsində həlak olur.

Müharibədən sonra Anna Frankın gündəliyi aşkar olunaraq 70-dən çox dilə tərcümə edilib. Hazırda bu gündəlik UNESCO-nun dünya sənədli irsinin bir hissəsi hesab edilir.

 

Vüqar Seyidov