Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir?
Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyunun 20-nə olan operativ məlumata görə, ölkə ərazisində 460 056,95 hektar ərazidə taxıl biçini aparılıb, 279 485,6 hektar ərazidə arpa, 180 571,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 432 433,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.
Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında da arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 900 hektar sahənin 14 870 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8468 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Şəki 21626,3 18790 34,3
Sabirabad 9600 9600 37,5
Zərdab 5730 5730 30,6
Yevlax 5082,5 5082,5 29,0
Cəlilabad 4509,1 4460 35,2
Bərdə 2568 2568 38,2
Beyləqan 1765 1760 29,2
Ağsu 16036 14720 31,0
Goranboy 12648 10693 29,0
Qax 2881 2843 26,0
Masallı 2786 2738 21,0
Ağcabədi 5637 5609 33,3
Füzuli 8505 8468 29,1
Ağdam 2215 2155 35,4
Tərtər 3814,5 3686,1 33,8
İmişli 6322 6317 34,2
Göyçay 6851 6851 29,6
Salyan 9917 9390 36,2
Ağdaş 11630 9693 23,5
Saatlı 5822 5821 36,2
Siyəzən 2516 2267 29,1
Balakən 457,7 457,7 28,6
Cəbrayıl 550 548 30,5
Lənkəran 68 67,8 12,1
Ucar 7716 7661 26,7
Neftçala 31404 31204 27,5
Biləsuvar 14900 14870 31,0
Hacıqabul 11008 9967 27,0
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.