Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

Türkiyənin Şanlıurfa bölgəsində Suriya ilə sərhəddə yerləşən Suruç rayonu ərazisində PYD/PKK terror təşkilatının 4 üzvü həbs olunub.

Saxlanılan şəxslər Suriyanın Ayn el-Arab bölgəsindən qanunsuz yolla Türkiyə ərazisinə keçərkən yaxalanıblar. Bildirilir ki, təhlükəsizlik qüvvələrində terrorçuların gəlişi ilə bağlı operativ məlumat olub.