Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir

Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisindən axan Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 2-də saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.