Mingəçevir su anbarında çimən şəxs boğulub

Mingəçevir su anbarında çimən şəxs boğulub.
Öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.
Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.