Şamaxıda qidadan 21 nəfər zəhərlənib

16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yerveinsan.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
Bildirilib ki, onlardan 5-i azyaşlı olub.
Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.