Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq olub

Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən ev sahibi 1950 manat pulunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Şəfiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.