Bakıda hoteldən oğurluq edilib

Bakıda hoteldən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən hotellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.