Avropa Komissiyası yeni sədri müəyyənləşdirə bilmir

Avropa Şurasının rəhbəri Donald Tusk təşkilatın fövqəladə sammitinin işini dayandırıb.

TASS xəbər verir ki, buna səbəb Avropa Komissiyasının sədri vəzifəsinə namizədin təsdiqlənməməsidir.

Məlumata əsasən, zirvə toplatısını dayandıran D.Tusk bütün gecəni Avropa liderləri ilə ikitərəfli görüşlər keçirir. Lakinkompromisin hələ də əldə olunmadığı bildirilir.

Toplantı Bakı vaxtı ilə 01:00-da dayandırılıb. D.Tusk digər liderləri holland Frans Timmermansın namizədliyini dəstəkləməyə çağırır. Lakin Polşa, Macarıstan, Çexiya, Slovakiya və İtaliya bu təklifə qarşı çıxır.