Sudanın sabiq prezidentinin qardaşları da həbs olunublar

Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdullah və Abbas da həbs ediliblər.

Bu barədə hərbi keçid şurasının mətbuat katibi Zeynalabdin əl-Kəbbaşi İbrahim mətbuat konfransında məlumat verib. Bildirib ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. İbrahim, həmçinin deyib ki, Şura tezliklə idarəçiliyi xalqa təhvil verəcək.

Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi baş verib. Prezident Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunublar. Ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.