Qaxda qədim qəbirsalıqda iri gövdəli ağaclar kəsilib

Qaxda qədim qəbirsalıqda iri gövdəli ağaclar kəsilib.

Qax rayon Şotavar kəndindən vatsap nömrəmizə gələn şikayət əsasında əməkdaşlarımız hadisə yerinə olub.

Sakinlər hadisənin bir müddə əvvəl törədildiiyini deyeirlər. Naməlum şəxs və ya şəxslər qəbirsamlıqda olan 9 ədəd iri gövdəli göyrüş ağacını kəsib. Sakinlər deyir ki ağacların kəsilmə formasından görünür ki, onları kəsən satmaq məqsədi daşıyıb.

Ağacların kəsilməsi zamanı Qəbirsanlıqda olan qədim qəbir daşları da bu zərər görüb.

Kənd sakinləri bu əməli törədənlərin ən qısa zamanda cəzalarının verilməsini istəyirlər.

Şotavar-Qorağan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elgün Məhyəddinovdan aldığımız məlumata görə hadisədən xəbərləri var və aidiyyatı qurumlara yəni rayon polis idarəsi və ekologiya idarəsinə məlumat verilib. Hal hazırda araşdırma aparılır.