Azərbaycan qeyri-neft məhsullarının ixracını 15% artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 9,98 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 mlrd. dollar və ya 15% artıb.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkişaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 979 mln. dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 127 mln. dollar və ya 15% artıb.

 
R. Hüseynin sözlərinə görə, 2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11%, Türkiyəyə 18%, Gürcüstana 15%, İsveçrəyə 6%, İtaliyaya isə 2,3 dəfə artıb.