Ərdoğan: "Suriyada Fərat çayının şərqində əməliyyat aparacağıq, ABŞ və Rusiyanı məlumatlandırdıq"

Türkiyə Şimali Suriyada PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG-yə qarşı hərbi əməliyyata başlayacaq.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R. T. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: "Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik".apa