Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb

İşlənmənin əvvəlindən indiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481,6 milyon ton neft hasil olunub.

Bu barədə aprelin 22-də Bakıda keçirilən SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.