Türkiyədə PKK-ya məxsus böyük narkoplantasiya aşkarlanıb

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub.

Diyarbəkirdə keçirilən xüsusi əməliyyat nəticəsində Lice və Hazro rayonları ərazisində geniş sahəni əhatə edən narkoplantasiya aşkarlanıb. Bildirilir ki, plantasiyalarda ümumi sayı 6 milyon 56 min 586 ədəd olan narkotik tərkibli bitki məhv edilib.

Qeyd edək ki, narkotiklərin becərilməsi, istehsalı, pərakəndə satışı və tranzit daşınması, insan alveri və siqaret qaçaqmalçılığı PKK-nın əsas maliyyə qaynaqları hesab olunur.

Sabir Şahtaxtı