Avropanın bu ölkəsində 300 min immiqranta ehtiyac olacaq

Yaxın 30 ildə Litvada ən azı 300 min immiqranta ehtiyac duyulacaq.

Xaricə köçən litvalıların yerini doldurmaq üçün ölkə daha çox miqrant cəlb etməlidir. Əks təqdirdə Litva Avropada əhalisi sürətlə qocalan ölkəyə çevrilə bilər.

Bu qənaətə Beynəlxalq Valyuta Fondunun 2050-ci ilədək Litva əhalisinin sayının 17 faiz azalacağı ilə bağlı apardığı araşdırmanın nəticəsindən sonra gəlinib. Əmək qabiliyyətli əhalinin sayının azalmasının isə daha çox - 28 faiz olacağı proqnozlaşdırılır.