Qusarda icazəsiz ov edən şəxslər cərimələndilər

Qusarda icazəsiz ov edən şəxslər saxlanılıb.

Eokologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 5 ov tüfəngi və 32 patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

 
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.