"Barselona" Valverdeni göndərir

"Barselona"nın baş məşqçisi Ernesto Valverde mövsümün sonunda tutduğu vəzifədən gedəcək.

Bu haqda İspaniyanın “As” məşr məlumat yayıb. Kataloniya klubunun 55 yaşlı məşqçi ilə 2019/20 mövsümünün sonu baça çatacaq müqavilənin müddətini uzadılmayacağı bildirilib.


Dəyişikliyə səbəb Valverdenin rəhbərliyi altında Çempionlar Liqasının hər iki mövsümünun "Barselona"nın qalib ola bilməməsidir. Hətta bu uğur hazırkı mövsümdə qazanılsa belə, klub rəhbərliyinin baş məşqçisi ilə yolları ayıracağı qeyd edilib.

Hazırda klub baş məşqçi vəzifəsi üçün Ronald Kumanı nəzərdən keçirir. O, Niderland yığmasını çalışdırır. Baş məşqçi vəzifəsinə digər namizəd Mark van Bommeldir.