Toydan qayıdarkən qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.  

Qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar. 

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.

 
06:09

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Bakıdan Şamaxı istiqamətində hərəkətdə olan "Vito" sərnişin avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dairəvi hərəkət zolağından maneələrə deyərək aşıb.

İki nəfər hadisə yerində dünyasını dəyişib. Beş nəfər isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, avtomobildəkilərin hamısı Balakən rayon sakinləri olub.

Onlar Bakıdan toydan qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.